Kanadada ilk dəfə insanın quş qripinə yoluxması qeydə alınıb
Far.Az xəbər saytı

Kanadada ilk dəfə insanın quş qripinə yoluxması qeydə alınıb


Kanadanın Britaniya Kolumbiyası əyalətində insanda H5 quş qripinə ilk yoluxma halı qeydə alınıb.

“Report”un məlumatına görə, bu barədə “Frans Press” (AFP) agentliyi məlumat yayıb.

Xəstənin infeksiya mənbəyi və mümkün təmasları araşdırılır. Kanada rəsmiləri gəncin çox güman ki, xəstə quş və ya heyvanla təmasda olduğunu deyirlər.

Quş qripi ən çox vəhşi və ev quşlarını təsir edir. Bu yaxınlarda xəstəlik məməlilərdə də aşkar edilib. 2024-cü ildə ABŞ-da mal-qara arasında xəstəlik epidemiyası baş verib.

Alimlər deyirlər ki, insanlar nadir hallarda yoluxsa da, quş qripinə qarşı həssas növlərin sayının artması narahatlıq doğurur. Patogenin ötürülməsi daşıyıcı və ya çirklənmiş mühitlə sıx təmasda mümkündür.

Oxşar xəbərlər

Meymunçiçəyi virusu nədir, necə yayılır, COVID kimi pandemiyaya səbəb ola bilərmi?
Çexiyada quş qripi epidemiyası qeydə alınıb
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Öz xalqını mədəni soyqırımına məruz qoyan Kanadanın erməni canfəşanlığı - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər