Si Cinpin: Çin və ABŞ rəqib deyil, tərəfdaş olmalıdır
Çin və ABŞ qarşılarına qoyduqları milli inkişaf məqsədlərinə çatmaq üçün rəqib deyil, tərəfdaş olmalıdır.
"Far.Az" xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ-a dövlət səfərinin ilk günündə Çin Mərkəzi Televiziyası tərəfindən yayımlanan yazılı müraciətində bildirib.
"Çin və ABŞ böyük Çin xalqının dirçəlişini həyata keçirmək və Amerikanı yenidən möhtəşəm etmək üçün rəqib deyil, tərəfdaş olmalıdır", - deyə Si Cinpin qeyd edib.
Onun sözlərinə görə, Çin və ABŞ bir-birinə doğru addımlamalı və əməkdaşlığın üstünlük təşkil etdiyi, rəqabətin mülayim xarakter daşıdığı, fikir ayrılıqlarının nəzarətdə saxlanıldığı və sülh perspektivinin real olaraq qaldığı sabit münasibətlərin formalaşmasına töhfə verməlidir.
O vurğulayıb ki, dünya inkişaf edir və dövr dəyişir. Bununla belə, Çin və ABŞ arasında dinc yanaşı yaşamağın tarixi məntiqi dəyişməz olaraq qalır.
"Çin və ABŞ xalqlarının dostluq münasibətlərinə səmimi istəyi, eləcə də beynəlxalq ictimaiyyətin Çin və ABŞ-la bağlı ümumi gözləntiləri dəyişməz olaraq qalır", - deyə Çin lideri bildirib.
Oxşar xəbərlər
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Tramp Milli Kəşfiyyat direktorunu süni intellektin inkişafı üzrə məsul şəxs vəzifəsinə təklif edib
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb













