Dünya Bankı Serbiyanın enerji infrastrukturunun inkişafına 175 milyon avro ayırıb
Dünya Bankı Serbiyada qaz infrastrukturunun birinci mərhələsinin inşası məqsədilə 175 milyon avro həcmində kredit ayırıb.
"Far.Az"un Balkan bürosunun məlumatına görə, bu barədə Serbiyanın texniki mandatla çalışan mədən sənayesi və energetika naziri Dubravka Cedoviç Handanoviç açıqlama verib.
Onun sözərinə görə, layihə çərçivəsində Niş–Velika Plana qaz xəttinin ilk hissəsinin inşası, mövcud infrastrukturdakı "darboğazların" ləğv edilməsi və fərqli təchizat mənbələrindən qaz tədarükü imkanının formalaşdırılması nəzərdə tutulur.
Handanoviç vurğulayıb ki, layihənin reallaşdırılması Serbiyanın qaz tranzit şəbəkəsinin yenilənməsinə, eləcə də təbii qaz təchizatının etibarlılığının və davamlılığının artırılmasına şərait yaradacaq.
"Yeni qaz infrastrukturunun tikintisinə moratorium qoyulmasını tələb edən ekoloji qurumlara cavab birmənalıdır: siz öz ölkənizin maraqlarına zidd danışırsınız. Məsələ qalıq yanacaq istifadəsinin artırılması deyil, enerji transformasiyasına dəstək olmaqla mövcud sistemin modernizasiyası və möhkəmləndirilməsidir", – deyə nazir qeyd edib.
Xatırladaq ki, layihə Serbiyanın enerji təminatının diversifikasiyası və qaz nəqli infrastrukturunun gücləndirilməsi istiqamətində icra olunacaq.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Slovakiya və Azərbaycan müdafiə sənayesində yeni razılaşmaları müzakirə edir - EKSKLÜZİV
-
Xorvatiya və Azərbaycan iqtisadi tərəfdaşlığı konkret layihələrə çevirmək niyyətindədir
-
Zığ şosesində yük maşını aşdı: Yol bağlandı













