Ceyhun Bayramov “Buzlaqlar-2025: Buzlaqların qorunması üçün qlobal tədbirlərin görülməsi” mövzusunda tədbirdə çıxış edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində təşkil olunan “Buzlaqlar-2025: buzlaqların qorunması üçün qlobal tədbirlərin görülməsi” mövzusunda yüksək səviyyəli tədbirdə iştirak və çıxış edib.
Xarici İşlər Nazirliyindən “Far.Az”a verilən məlumata görə, yüksək səviyyəli tədbirdə həmçinin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Şahbaz Şərif, habelə digər yüksək vəzifəli şəxslər iştirak ediblər.
Yüksək səviyyəli tədbirdə çıxış edən C.Bayramov, Tacikistan tərəfinə əksər hallarda diqqətdən kənar qalmasına baxmayaraq, ekosistemimizin əsas hissələrindən birini təşkil edən buzlaqlar mövzusuna həsr olunmuş bu əhəmiyyətli tədbirin təşkilinə görə təşəkkür edib.
Buzlaqların dünyanın bir çox bölgələrində əriməsinin daşqınlar və torpaq sürüşmələri kimi təhlükəli fəlakətlərə səbəb olduğu bildirilib.
İqlim dəyişikliyi səbəbindən sürətlə yox olan buzlaqların, o cümlədən ölkəmizdə, xüsusilə Böyük Qafqaz dağları və Qusarçay hövzəsində 7 il ərzində 18 %-dən çox azaldığı, bunun da çay ehtiyatlarının qeyri-bərabər paylanmasına və ümumi şirin su ehtiyatlarının azalmasına səbəb olduğu diqqətə çatdırılıb.
Buzlaqların əriməsi probleminin ciddi təhlükə olmasına baxmayaraq, bu istiqamətdə atılan əlaqələndirilmiş addımların məhdud olduğu, bu baxımdan növbəti il elan olunacaq "Beynəlxalq Buzlaq Qoruma İli"nin məhsuldar olacağına dair ümidvarlıq ifadə olunub.
C.Bayramov, bütün beynəlxalq tərəfdaşları gələcək nəsillər üçün ekosistemimizin balansının təmini istiqamətində müvafiq sahə üzrə əməkdaşlığı gücləndirməyə dəvət edib.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ceyhun Bayramov “İqlim maliyyəsi” mövzusunda yüksək səviyyəli dəyirmi masa müzakirələrində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub













