Laçında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Far.Az xəbər saytı

Laçında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib


27 Sentyabr – Anım Günü ilə əlaqədar Laçın rayonunda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Far.Az" xəbər verir ki, Anım Günü ilə əlaqədar Laçın şəhərinin mərkəzi dairəsində toplaşan iştirakçılar şəhidlərin xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Saat 12:00-da rayon ərazisində nəqliyyat və piyadaların hərəkəti dayandırılıb, avtomobillər tərəfindən səs siqnalları verilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri və rayon sakinləri iştirak ediblər.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər