Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi
Ermənistan hökuməti "TRIPP İnkişaf Şirkəti"nin səhmdarları arasında imzalanması nəzərdə tutulan müqaviləni təsdiqləyib.
Far.Az Ermənistan mediasına istinadən xəbər verir ki, razılaşmaya əsasən, şirkətin səhmlərinin 74 faizi ABŞ-yə, 26 faizi isə Ermənistana məxsus olacaq.
Şirkətin beş nəfərdən ibarət Direktorlar Şurasının üç üzvü ABŞ, iki üzvü isə Ermənistan tərəfindən təyin ediləcək.
Sənəddə, həmçinin hər iki tərəfin razılığı olmadan qərar qəbul edilməsinə imkan verilməyən 16 istiqamət müəyyənləşdiriləcək.
Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan müqavilənin bir həftə ərzində imzalanacağını və şirkətin Ermənistanda qeydiyyatdan keçəcəyini açıqlamışdı.
"Bu, müstəqillik qazandığımızdan bəri ən böyük iqtisadi layihədir", – Paşinyan bildirib.
Xatırladaq ki, noyabrın 23-də ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan videomüraciətlərində TRIPP layihəsinin icrasına rəsmi start verildiyini elan ediblər.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?













