Selçuk Bayraktaroğlu Somalinin hərbi obyektlərində olub
Far.Az xəbər saytı

Selçuk Bayraktaroğlu Somalinin hərbi obyektlərində olub


Türkiyə Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu səfərdə olduğu Somalidə bu ölkənin Baş Qərargah rəisi, general-mayor İbrahim Mohamed Mohamudla görüşüb və Somali Türk Tapşırıq Qüvvələri Komandanlığında (Anadolu kazarması) olub.

"Report" Türkiyə SQ-yə istinadən xəbər verir ki, Dəniz və Hava Qüvvələri Komandanlıqları, eləcə də Birgə Əməliyyat Mərkəzinə baxış keçirilib.

Ordu generalı tikintisi davam edən Kosmik Baza Kompleksinə də baş çəkərək aparılan işlər barədə məlumat alıb.

Selçuk Bayraktaroğlu Somali Hərbi Dəniz Qüvvələrinin qərargahı, Somali Türk Tapşırıq Qüvvələri Komandanlığı, "Barbaros" Dəniz Tapşırıq Qüvvələrinin kompleksinin Koordinasiya Mərkəzi və gəmiqayırma müəssisəsinin təməlqoyma mərasiminə də qatılıb.

Oxşar xəbərlər

İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Lökbatanda anbardakı yanğınla bağlı əməliyyat qərargahı yaradıldı - YENİLƏNİB-4
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər