İsrail Niderlandın Ramallahdakı nümayəndələrinin diplomatik statusunu ləğv edib
İsrail Niderland hökumətinin İordan çayının Qərb sahilindəki yəhudi yaşayış məntəqələrində istehsal olunan malların idxalını qadağan etmək qərarına cavab olaraq Niderlandın Ramallahdakı rəsmilərinin diplomatik statusunu ləğv edib.
"Report"un məlumatına görə, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bildirib.
Onun sözlərinə görə, Ramallahda yerləşən Niderland diplomatlarına İsrail tərəfindən verilmiş diplomatik sənədləri yeddi gün ərzində təhvil vermələri bildirilib. Bu müddətdən sonra İsrail tərəfindən onlara verilən diplomatik imtiyazlar və toxunulmazlıqlar ləğv ediləcək.
Saar bildirib ki, Niderland istəsə, Fələstin Milli Muxtariyyətinin ərazisindən fələstinlilərlə münasibətlərdə öz maraqlarını təmsil etməyə davam edə biləcək.
"İsrail ona zərər vermək üçün nəzərdə tutulmuş tədbirləri görməzdən gəlməyəcək. İsrailə qarşı düşmənçilik və birtərəfli hərəkət edən hər hansı ölkə bölgədəki təsirini və əhəmiyyətini itirəcək", - nazir bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə













