Yaponiyanın 4 mindən çox sakini tufandan sonra elektriksiz qalıb
Yaponiyanın Tiba prefekturasının 4 mindən çox sakini sentyabrın 20-də ölkənin Sakit okean sahili boyunca keçən "Duszyuan" qasırğasından sonra elektrik enerjisindən məhrum olub.
"Far.Az" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının təbii fəlakətdən dəyən ziyana dair növbəti rəsmi məlumatında deyilir. Məlumata görə, 13 nəfər ölüb, daha iki nəfər itkin düşüb.
Tayfunun beş yerdə səbəb olduğu torpaq sürüşmələri əvvəllər gündəlik 54 min nəfərin istifadə etdiyi yerli dəmir yolu xətlərindən birinə ziyan vurub. Hərəkəti bərpa etmək üçün azı üç ay vaxt lazımdır. Yerli sakinlər üçün əlavə avtobuslar ayrılıb, dayanacaqlarda uzun növbələr yaranıb.
Tiba prefekturasındakı bəndin qırılması səbəbindən yaşayış binalarının və əkin sahələrinin yerləşdiyi 5 kvadrat kilometrlik ərazi hələ də su altında qalır. Fəlakət zonasında təxminən 1,7 min bina zərər çəkib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər
-
Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib
-
"Araz-Naxçıvan"a qalib gələn "Neftçi" turnir cədvəlində vahid liderə çevrilib













