Baş prokuror: Azərbaycanda son illər baş verən cinayətlərin sayında azalma müşahidə olunur
Azərbaycanda son illər baş verən cinayətlərin sayında azalma müşahidə olunur.
"Report" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun 108-ci ildönümü və prokurorluq əməkdaşlarına peşə bayramı ilə bağlı Baş Prokurorluqda keçirilən tədbirdə deyib.
K.Əliyev qeyd edib ki, keçmişdə qalan cinayətlərin üstünün açılmasında prokurorluq orqanları Daxili İşlər və Ədliyyə nazirlikləri ilə, Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə fəaliyyətlər icra edib.
Baş prokuror ölkə üzrə son illərdə baş verən cinayətlərin sayında azalma qeydə alındığını vurğulayıb:
"Ölkədə əmin-amanlığın tutulmasında prokurorluq orqanının əməkdaşlarının böyük rolu var. Burada ağır və az ağır cinayətlərin sayında statistik baxsan xeyli sayda azalma müşahidə olunur. Eyni zamanda, 2026-cı ildə uzun illər əvvəl baş verən cinayətlərin 9-nun üstünün açılması təmin edilib".
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Azərbaycan diplomatlarının peşə bayramı qeyd edilib
Sumqayıtda Zəfərin 5-ci ildönümü qeyd olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Ronalduya 6 aylıq diskvalifikasiya təhlükəsi
-
Mikayıl Cabbarov: "Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb"
-
Bu deputatın mandatı ləğv edildi
-
Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub













