Azərbaycan Belarusa yemiş tədarükünü bərpa edib
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 173,4 min ABŞ dolları dəyərində 216 ton yemiş ixrac edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 37 %, kəmiyyət olaraq – 40 % azdır.
Azərbaycan Rusiyaya 162 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 39 % az) 414,2 ton (-44 %) və Belarusa 11,4 min ABŞ dolları dəyərində 16,1 ton məhsul satıb.
Azərbaycan 1 il 11 aylıq aradan sonra Belarusa yemiş tədarükünü bərpa edib.
Hesabat dövründə Azərbaycana xaricdən 73,4 min ABŞ dolları dəyərində (-4 %) 92,24 ton (-8 %) yemiş gətirilib.
Azərbaycan İrandan 38,5 min ABŞ dolları dəyərində (-22 %) 53,4 ton (-25 %), Özbəkistandan 19 min ABŞ dolları dəyərində (+3 dəfə) 19,1 ton (+3,2 dəfə), Türkiyədən 9,4 min ABŞ dolları dəyərində (+57 %) 13,4 ton (+56 %), Braziliyadan 5,4 min ABŞ dolları dəyərində (-35 %) 5,4 ton (-36 %) və Kosta-Rikadan 1 min ABŞ dolları dəyərində (-67 %) 1 ton (-66,7 %) yemiş alıb.
Oxşar xəbərlər
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
İrandan daha 27 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB-5
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
Azərbaycana xaricdən gətirilən UCUZ ƏTLƏR: 11 manatdan başlayır
Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq













