Recep Öztop: "Mingəçevir Reqatası"nın bütün dünyada nüfuz qazanacağına şübhəmiz yoxdur"
Mingəçevir Reqatası"nın gələcəkdə bütün dünyada yayımlanan və nüfuz qazanan turnir olacağına heç bir şübhə yoxdur.
"Far.Az"un bölgəyə ezam olunan əməkdaşının məlumatına görə, bunu Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop deyib.
Diplomat Türkiyə komandalarının mübarizəyə böyük həvəslə qoşulduğunu vurğulayıb:
"Hər il olduğu kimi, bu il də "Mingəçevir Reqatası"nda iştirak edirəm. Türkiyədən olan komandalarımız ildə iki dəfə buradakı turnirə böyük həyəcanla qatılırlar. Bu yarışlar Azərbaycanda və beynəlxalq aləmdə artıq ənənəvi xarakter alıb. Turnir böyük mübarizəyə səhnə olur".
Recep Öztop yarışın gələcək perspektivinə də toxunub:
"Türkiyə olaraq qardaş ölkədəki turnirdə hər zaman təmsil olunmaqdan böyük məmnunluq duyuruq. Növbəti illərdə də buradakı mübarizənin bütün dünyada yayımlanan və nüfuz qazanan bir yarış olacağına heç bir şübhəmiz yoxdur".
Qeyd edək ki, oktyabrın 1-də yekunlaşacaq "Mingəçevir Reqatası-2026" turnirində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.
Oxşar xəbərlər
Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov Göyçayda dəfn olunub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Mingəçevir Reqatası-2026" turnirinin püşkatması olub, yarışdan əvvəl hakimlərin iclası keçirilib
4-ü diplomat olmaqla 17 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Ronalduya 6 aylıq diskvalifikasiya təhlükəsi
-
Mikayıl Cabbarov: "Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb"
-
Bu deputatın mandatı ləğv edildi
-
Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub













