Rusiyada neft emalı son 20 ildən artıq dövrün ən aşağı səviyyəsinə düşüb
Rusiyada neft emalının həcmi son 20 ildən artıq müddətdə qeydə alınan ən aşağı səviyyəyə enib.
"Report" xəbər verir ki, bu barədə Bloomberg Rystad Energy şirkətinin araşdırmasına istinadən məlumat yayıb.
Məlumata görə, noyabrın 23-də Rusiyada gündəlik neft emalının həcmi 2,6–2,7 milyon barel təşkil edib. Bu, oktyabrın 30-da qeydə alınan göstəricidən təxminən iki dəfə azdır. Nəticədə neft emalı həcmi Ukraynanın ilin əvvəlindəki əvvəlki hücum dalğaları zamanı qeydə alınan çoxillik minimum səviyyədən də aşağı düşüb.
Agentliyin hesablamalarına əsasən, Ukrayna oktyabrın sonundan etibarən Rusiyanın ərazisindəki azı 18 neft emalı zavoduna zərbələr endirib. Bununla belə, hücuma məruz qalan zavodların nominal gücünün heç də hamısı sıradan çıxmayıb. Belə ki, bəzi müəssisələr əvvəlki hücumlardan sonra da azaldılmış güclə fəaliyyət göstərib.
Neft emalının azalması Rusiyanın yanacaqdoldurma məntəqələrində də hiss olunmağa başlayıb. Nəşrin məlumatına görə, noyabrın 17-dən 23-dək ölkədə benzinin orta pərakəndə satış qiymətləri 0,5 faiz artıb. Bu, sentyabrın əvvəlindən bəri ən böyük həftəlik bahalaşmadır.
Rusiya hakimiyyəti artıq aviasiya yanacağı və benzinin ixracına məhdudiyyətlər tətbiq edib, eyni zamanda digər ölkələrdən yanacaq alışını əhəmiyyətli dərəcədə artırmağa başlayıb. Bundan əlavə, yanacaq təchizatının ən çox ehtiyac duyulan bölgələrə yönəldilməsi üçün tədbirlər görülüb.
Neft emalı zavodlarına hücumlar Moskvanı emal edə bilmədiyi xam nefti ixraca yönəltməyə də məcbur edib. Bu isə xarici bazarlara neft satışının artmasına və təklif artıqlığının yaranmasına səbəb olub.
Oxşar xəbərlər
Nazirlik bu yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırdı
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Qazaxın İkinci Şıxlı kəndində yanacaqdoldurma məntəqəsi və TIR parkı tikilir? - NARAZILIQ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
SEPAH rəhbəri: İran raketlərinin uçuş məsafəsində məhdudiyyəti yoxdur
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?













