Antisanitar şəraitdə dönər əti hazırlayan sexin fəaliyyəti DAYANDIRILDI
Far.Az xəbər saytı

Antisanitar şəraitdə dönər əti hazırlayan sexin fəaliyyəti DAYANDIRILDI


Gəncə şəhərində antisanitar şəraitdə dönər əti hazırlayan emal sexinin fəaliyyəti dayandırılıb.

Bu barədə BAKU.WS-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, obyektdə baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına riayət edilmədən toyuq ətlərinin sümükdən ayrıldığı və dönərxanalara satışının həyata keçirildiyi məlum olub. Həmçinin donmuş toyuqların açıq havada defrostasiya edildiyi (donun açılması), məhsulların baytarlıq ekspertizasından keçirilmədiyi, etiketləmə və markalanma aparılmadan dönərxanalara paylandığı müəyyən edilib. Daşınma prosesi isə şəxsi nəqliyyat vasitəsi ilə, temperatur rejiminə riayət edilmədən həyata keçirilib.

Ətlərdən nümunələr götürülərək laborator müayinələrə göndərilib, 840 kq donmuş və 22 kq donu açılmış toyuq əti isə saxlanca qoyulub.

Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib, obyektin fəaliyyəti dayandırılıb.

Oxşar xəbərlər

Antisanitar şəraitdə fəaliyyət göstərən pivə sexinin fəaliyyəti dayandırıldı
Bakıda avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Xırdalanda 2 min ev quşunun qanunsuz kəsildiyi sexin fəaliyyəti məhdudlaşdırılıb
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər