Bəhruz Əhmədov MDB və ŞƏT-ə üzv ölkələrin hərbi prokurorlarının dəyirmi masasında iştirak edib
Azərbaycanın hərbi prokuroru Bəhruz Əhmədov MDB və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin hərbi prokurorlarının dəyirmi masasında iştirak edib.
Bu barədə "Far.Az"a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, sentyabrın 30-da Rusiya Federasiyasının Kazan şəhərində ilk dəfə olaraq MDB-yə üzv dövlətlərin və Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin hərbi prokurorlarının dəyirmi masası keçirilib.
Hərbi prokurorluq orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni təsis edilmiş platformanın ilk iclasında sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində prokuror nəzarətinin təkmilləşdirilməsi, hərbi təsisatlarda qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi və hüquqpozmaların qarşısının alınması, habelə peşəkar təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə edilib.
Tədbirin əsas sessiyasında Baş prokurorunun müavini – hərbi prokuror Bəhruz Əhmədov iştirak edərək Azərbaycanın hərbi prokurorluq orqanlarının strukturu, səlahiyyətləri və fəaliyyəti barədə geniş məlumat verib.
Tədbir çərçivəsində iştirakçılar hərbi prokurorluqlar arasında birbaşa peşəkar əlaqələrin möhkəmləndirilməsi, təhlükəsizliyinin təmin olunması ilə bağlı koordinasiya edilmiş yanaşmaların formalaşdırılması və bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində Bəhruz Əhmədovla Rusiya Baş prokurorunun müavini – Baş hərbi prokuror Valeri Petrov arasında ikitərəfli görüş keçirilib.
Görüşdə Azərbaycan və Rusiya hərbi prokurorluq orqanları arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Hərbi prokuror, həmçinin, Çin Xalq Azadlıq Ordusunun Hərbi Prokurorluğunun baş prokuroru Sun Xiujun ilə görüşüb.
Tərəflər hərbi prokurorluq orqanları arasında qarşılıqlı əlaqələrin qurulması və inkişaf etdirilməsi, qanunçuluğun təmin olunması sahəsində təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
DSX-nin Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib
Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Ronalduya 6 aylıq diskvalifikasiya təhlükəsi
-
Mikayıl Cabbarov: "Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb"
-
Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub
-
Bu deputatın mandatı ləğv edildi













