Azərbaycanda "Səngər" kibertəhdid kəşfiyyatı platforması hazırlanıb
Far.Az xəbər saytı

Azərbaycanda "Səngər" kibertəhdid kəşfiyyatı platforması hazırlanıb


Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti "Səngər" kibertəhdid kəşfiyyatı platforması hazırlayıb.

"Report" xəbər verir ki, bunu Xidmətin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin rəisi Murad Balayev Bakıda keçirilən ADEX 2026 – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində təşkil olunmuş panel müzakirədə bildirib.

Onun sözlərinə görə, süni intellekt artıq aşkarlamada da mühüm rol oynayır: "Necə ki hücumlar süni intellekt əsaslı olaraq daha da inkişaf etdirilir, aşkarlamada da birbaşa süni intellekt vasitələrinin həlli qaçılmazdır. Kibertəhlükəsizlik aspektindən süni intellekt əsaslı həllərdən aktiv istifadə edirik. Mən əsas diqqəti öz üzərində işlədiyimiz bir həllə fokuslamaq istərdim. "Səngər" adını verdiyimiz bir platforma var və bu kibertəhlükəsizlik platforması eyni zamanda Dövlət Xidmətinin stendində də nümayiş etdirilir".

M.Balayev əlavə edib ki, "Səngər" layihəsinin üzərində aktiv iş gedir: "Orada situasiya mərkəzi modulunu, şəbəkə monitorinq modulunu, CVE-lər, eksploitlər və təhdid kəşfiyyatından tutulmuş SIEM-SOAR funksionallığını tam əhatə edəcək şəkildə bir "Managed Detection and Response" həllinə nail olmuşuq. Süni intellektin tətbiqinə real nümunə olaraq mən bunu qeyd edə bilərəm".

Oxşar xəbərlər

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Leyla və Arzu Əliyevalar "Urban Expo" sərgisi ilə tanış olublar
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər