Zakir Həsənov: Azərbaycan, Gürcüstan, Türkiyənin əməkdaşlığı regional sabitliyin mühüm platformasıdır
Far.Az xəbər saytı

Zakir Həsənov: Azərbaycan, Gürcüstan, Türkiyənin əməkdaşlığı regional sabitliyin mühüm platformasıdır


Dünyada siyasi gərginliyin artması, yaranan çətinliklər, iqtisadi və digər maneələr fonunda ölkələr arasında koordinasiya və qarşılıqlı fəaliyyət xüsusi əhəmiyyət kəsb edir.

"Far.Az"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Şuşada Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri İrakli Çikovani ilə 13-cü üçtərəfli görüşündən sonra mətbuata bəyanatında bildirib.

O deyib ki, bu gün üçtərəfli formatda müdafiə nazirləri səviyyəsində 13-cü görüş baş tutub:

"Bu görüş üç ölkə arasındakı dostluq, qardaşlıq və strateji səmimi dialoqun bariz nümunəsidir. Artıq ənənəvi xarakter almış belə görüşlərin müntəzəm olaraq keçirilməsi böyük əhəmiyyətə malikdir. Görüşümüzün səmərəli mühitdə keçirildiyini və çox səmərəli olduğunu hesab edirəm. Ölkələrimiz arasında dostluq və strateji münasibətlər bütün sahələrdə, o cümlədən müdafiə sahəsində də uğurla inkişaf edir. Bugünkü görüşümüzdə münasibətlərin ikitərəfli və üçtərəfli formatda inkişaf perspektivləri, əldə olunmuş nəticələrin səmərəliliyi, regionda cərəyan edən hərbi-siyasi proseslər, hərbi təhlükəsizliyin əhəmiyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb".

Nazir bildirib ki, dünyada siyasi gərginliyin artması, yaranan çətinliklər, iqtisadi və digər maneələr fonunda ölkələr arasında koordinasiya və qarşılıqlı fəaliyyət xüsusi əhəmiyyət kəsb edir:

"Bu baxımdan, Azərbaycan, Gürcüstan, Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional sabitliyin, təhlükəsizliyin və inkişafın mühüm platformasıdır. Biz əməkdaşlığın inkişaf dinamikasından razıyıq və birgə səylərimizlə onu daha da genişləndirmək və dərinləşdirmək niyyətindəyik".

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər