"Süsən Aqro" nizamnamə kapitalını 2 dəfədən çox azaldır
Far.Az xəbər saytı

"Süsən Aqro" nizamnamə kapitalını 2 dəfədən çox azaldır


"Süsən Aqro" MMC nizamnamə kapitalını 5,269 milyon manat və yaxud 2,1 dəfə azaldaraq 10 milyon manatdan 4,731 milyon manata endirdiyini elan edib.

"Far.Az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Xatırladaq ki, "Süsən Aqro" 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi Ramil Məmmədovdur. O, həm də "PAŞA Holdinq" MMC-yə məxsus "Agro Dairy" şirkətinin Bitkiçilik Bölməsi üzrə İdarəedici Direktoru və İdarə Heyətinin üzvüdür.

Oxşar xəbərlər

İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub - YENİLƏNİB
Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov Göyçayda dəfn olunub
Prezident İlham Əliyev Şamaxıda "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında iştirak edib
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Azərbaycanda 3 milyon vətəndaşı əhatə edən artımlar: Sosial rifaha xidmət edən güclü sosial siyasət

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər