Bu il neçə uşaq övladlığa və himayədar ailəyə verilib? - RƏSMİ
Far.Az xəbər saytı

Bu il neçə uşaq övladlığa və himayədar ailəyə verilib? - RƏSMİ


"Valideyn himayəsindən məhrum olmuş uşaqların ailə qayğısı ilə təmin edilməsi, onların təhlükəsiz və sabit ailə mühitində böyüməsinə şərait yaradılması istiqamətində tədbirlər davam etdirilir. Uşaqların övladlığa verilməsi və himayədar ailələrə yerləşdirilməsi, onların sosial xidmət müəssisələrinə düşməsinin qarşısının alınması, həmçinin sosial dəstək mexanizmləri vasitəsilə bioloji ailələrinə qaytarılması istiqamətində iş görülür".

Bu barədə Far.Az-in sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən (SXA) bildirilib

Agentlikdən qeyd edilib ki, bu sahədə fəaliyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə" altsistemi üzərindən həyata keçirilir:

"Altsistem vasitəsilə müraciətlərin qəbulu və qiymətləndirilməsi, eləcə də müvafiq qərarların qəbulunda şəffaflıq və operativlik təmin edilir.

Uşaqların sosial xidmət müəssisələrinə yerləşdirilməsinin qarşısının alınması və onların ailə mühitində böyüməsinin dəstəklənməsi sahəsində idarəetmə 2022-ci ildən etibarən Nazirlik tərəfindən həyata keçirilir. Qeytkipinq mexanizmi çərçivəsində hər bir uşaq üçün Fərdi İnkişaf Planı hazırlanır, uşağın vəziyyəti qiymətləndirilir və onun ehtiyaclarına uyğun qayğı forması müəyyənləşdirilir.

Bu il son zərurət prinsipi əsasında 160 valideyn himayəsindən məhrum olmuş uşaq sosial xidmət müəssisələrinə yerləşdirilib.

Həmin uşaqların bioloji ailələrinə qaytarılması, himayədar ailələrə verilməsi və övladlığa götürülməsi istiqamətində də müvafiq işlər aparılır.

2026-cı il ərzində 88 uşaq ailə himayəsinə qaytarılıb, 261 uşağın isə sosial xidmət müəssisəsinə yerləşdirilməsinin qarşısı alınıb. Müəssisələrdə yaşayan 9 uşaq himayədar ailəyə, 24 uşaq isə övladlığa verilib".

Orxan Hüseyn

Oxşar xəbərlər

Şükürbəyli kəndində daha 46 ailəyə evlərinin açarları təqdim olunub
Operativlik, effektivlik, proqres - Wolt-un hesabat sistemi və admin paneli işimizi xeyli asanlaşdırır
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər