Uğur Özdemir: "NTD ilə matçda gənc kollektivə qarşı mübarizə apardıq"
Far.Az xəbər saytı

Uğur Özdemir: "NTD ilə matçda gənc kollektivə qarşı mübarizə apardıq"


"Sumqayıt" Azərbaycan Basketbol Liqasının I turunda NTD ilə matçda gənc kollektivə qarşı mübarizə aparıb.

"Report" xəbər verir ki, bunu "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Uğur Özdemir sözügedən oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib:

"Gənc komandaya qarşı mübarizə apardıq. Bəzən oyundan qopsaq da, bu matç bizim üçün bir növ hazırlıq məqsədi daşıyırdı. Hücumda yaxşı çıxış etsək də, müdafiədə müəyyən problemlər yaşadıq. Çalışmaq üçün hələ çox vaxtımız olacaq. Komandamız tam heyətlə cəmi 5 gündür ki, məşq edir. Bu, meydanda da hiss olundu. Məqsədimiz basketbolçularımızın fərdi yox, kollektiv oyununu inkişaf etdirməkdir. İstənilən halda, gözəl bir çıxışla yadda qaldığımızı düşünürəm".

Qeyd edək ki, NTD - "Sumqayıt" oyunu qonaqların 111:94 hesablı qələbəsi ilə bitib.

Oxşar xəbərlər

"Qarabağ"ın tarixi qələbəsi DÜNYA MƏTBUATINDA
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
"Sabah" ardıcıl dördüncü dəfə Azərbaycan Basketbol Liqasının qalibi olub
Azərbaycan Basketbol Federasiyasında yeni mövsümün açılışı ilə bağlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər