Azərbaycanlı boksçular U-17 Avropa çempionatının ilk günündə 4 qələbə qazanıb
Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatının ilk günündə ilk günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxıb və hər biri qələbə qazanıb.
Bu barədə "Far.Az"a Azərbaycan Boks Federasiyasından bildirilib.
Əli Abaslı (60 kq) 1/16 finalda Abdurahim Sounu (Belçika) sınağa çəkib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, ikinci görüşündə Zeki Uğurla (Türkiyə) üz-üzə gələcək.
Yusif Həsənli (66 kq) Adrian Silvaya (Portuqaliya) gücünü göstərib. Təmsilçimiz rəqibini 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib. Həsənli 1/8 finalda Lukas Fulanoviçlə (Xorvatiya) münasibətinə aydınlıq gətirəcək.
Hidayət Məmmədov (70 kq) da 1/16 final döyüşünü aktivinə yazıb. O, Demid Kloçkoya (İsrail) ilk raundda qalib gəlib. Boksçumuz növbəti qarşılaşmasında Joel Şutsla (İsveçrə) gücünü yoxlayacaq.
Yusif Ağakişiyev (75 kq) isə 1/16 finalda Eduard Tancerikanı (Rumıniya) yarışdan kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). Boksçumuz ikinci görüşündə İvor Li (İngiltərə) ilə qüvvəsini sınayacaq.
Hər 4 döyüş oktyabrın 6-da baş tutacaq.
Qeyd edək ki, 40 ölkədən 473 idmançının qatıldığı yarışın qaliblərinin adına oktyabrın 11-də aydınlıq gələcək.
Oxşar xəbərlər
İdmançılarımız Batumidə rinqə çıxacaqlar
Alim Nəbiyev MMA-də növbəti qələbəsini qazanıb, rəqibini 1-ci raundda nokaut edib
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"
-
Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb
-
ADSEA intensiv yağışlar zamanı su toplantısının qarşısını almaq üçün tədbirlər görür
-
Yüksək dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
-
Türkiyə gözəli bu səbəbdən ölkəsini tərk etdi













