Rayt: Tramp Rusiyadan neft alanlara qarşı sanksiyalar barədə qərarı son anda verəcək
ABŞ Prezidenti Donald Tramp Rusiyadan neft və qazın ən böyük alıcılarına qarşı rüsumların tətbiq edilib-edilməməsi ilə bağlı qərarını son anda verəcək.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt "CBS"ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Amerika administrasiyası Ukraynada müharibəni başa çatdırmaq üçün mövcud təzyiq rıçaqlarını öyrənir.
"O (Tramp - red.), hər bir qərarı sonraya saxlayır. O bütün kompromisləri dəyərləndirir... Lakin digər tərəfdən qanlı münaqişəyə son qoymaq üçün bütün mövcud rıçaqlardan istifadə etmək lazımdır", - Rayt vurğulayıb.
Nazir bildirib ki, Tramp Rusiya və Ukrayna münaqişəsinin nizamlanması üzərində fəal şəkildə işləyir.
"Biz hər iki tərəflə bu münaqişənin başa çatdırılması barədə daimi dialoqu dəstəkləyirik", - o, Ukrayna münaqişəsinin başa çatmasının enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsinə gətirib çıxaracağı fikrini ifadə edərək bildirib.
Xatırladaq ki, Tramp Bakı vaxtı ilə sentyabrın 19-da mərhum senator Lindsi Qrem tərəfindən irəli sürülmüş Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini imzalayıb.
Qanun Rusiya məmurlarına, banklarına, energetika və müdafiə şirkətlərinə qarşı sanksiyaları genişləndirməyə imkan verir, həmçinin Rusiya nefti və qazının ən böyük alıcıları olan ölkələrdən - ilk növbədə, Çin və Hindistandan gələn mallara 100 %-ə qədər rüsumlar tətbiq edir.
Bundan əlavə, qanunla birbaşa Rusiya idxalına 500 %-ə qədər rüsumların tətbiq edilməsi, həmçinin İranın energetika və silah sektorlarına qarşı sanksiyaların müddətinin 5 il uzadılması nəzərdə tutulur.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Robert Fitso Serbiyada parlament seçkiləri öncəsi Vuçiçə dəstək verib
-
Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb
-
Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb
-
Tramp: İran nüvə silahını yaratmaq planlarından imtina edib
-
Qubada yol tamamilə çökdü
-
Ciqan valideynlikdən məhrum oluna bilər












