Emin Hüseynov: "Ağdam yenidən Azərbaycanın aqrar mərkəzlərindən birinə çevrilir"
Ağdam yenidən Azərbaycanın aqrar mərkəzlərindən birinə çevrilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində təşkil olunmuş "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, bugünkü festival böyük rəmzi məna daşıyır:
"30 il işğal altında qalmış, yerlə-yeksan edilmiş Ağdam Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi zəfərdən sonra yenidən dirçəlir. Böyük Qayıdış davam edir. İnsanlar doğma yurdlarına qayıdır, şəhər və kəndlərimiz yenidən qurulur. Bu gün isə Ağdam ölkənin aparıcı aqrar şirkətlərini, sahibkarlarını və fermerlərini bir araya gətirən məkana çevrilib. Aqrar Biznes Festivalları qısa müddətdə fermerlərlə alıcılar, sahibkarlarla dövlət qurumları arasında mühüm ünsiyyət-əməkdaşlıq platformasına çevrilib".
"Ağdam tarixən Qarabağın ən bərəkətli ərazilərindən biri, Azərbaycanın aparıcı kənd təsərrüfatı rayonu olub. İnanıram ki, bugünkü festival bu zəngin potensialın yenidən reallaşdırılmasına, yeni tərəfdaşlıqların yaranmasına, investisiya layihələrinin icrasına töhfə verəcək", - deyə E.Hüseynov vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
Çempionlar Liqası: "Qalatasaray" minimal, "Real" böyük hesabla qalib gəlib
-
Türkiyədə Özcan Dəniz və daha 34 nəfər narkotik istintaqı çərçivəsində saxlanılıb













