Bahar Muradova: Zorakılığa məruz qalan qadınlara dövlət hesabına hüquqi yardım göstərilir
Qadınlara qarşı məişət və digər zəminlərdə törədilən zorakılığın, eləcə də erkən evlilik kimi zərərli halların qarşısının alınması dövlət siyasətimizin mühüm istiqamətlərindən biridir.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, son illərdə ölkəmizdə bu sahədə əhəmiyyətli qanunvericilik dəyişiklikləri edilib. Xüsusilə qanunvericiliyə edilmiş dəyişikliklər əsasında zərərçəkmiş şəxslərə dövlət hesabına hüquqi yardımın göstərilməsi, yerli icra hakimiyyəti orqanlarında monitorinq və əlaqələndirmə qruplarının fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də yerli səviyyələrdə aidiyyəti qurumların birgə fəaliyyətinin reallaşdırılması mühüm əhəmiyyət daşıyır.
"Xüsusilə bu konfransımızın 25 noyabr Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılmasına Yönəlmiş 16 Günlük Fəallıq Kampaniyasının başlanması çərçivəsində keçirilməsi bu mövzuya əlavə aktuallıq və ictimai əhəmiyyət verir. Məhz 25 noyabrdan başlayaraq 16 gün ərzində dekabrın 10-na - yəni Beynəlxalq İnsan Hüquqları Gününə qədər davam edən bu kampaniyada bütün dünyada qadınların hüquqlarının qorunması və onlara qarşı törədilən müxtəlif təzyiqlərin, təhdidlərin və şiddətin qarşısının alınması, zərərçəkmişlərin müdafiəsi və cinayət törədənlərin cəzasızlığına son qoyulması istiqamətində fəaliyyətə çağırır".
Oxşar xəbərlər
Yurdumuza bahar gəlir!
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
Latviya Rusiya ilə sərhədini bağlamağı nəzərdən keçirəcək
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır













