Yelo Bank hər ay komissiyasız investisiya həftəsi keçirəcək!
Qlobal maliyyə bazarlarına çıxışı daha rahat və əlçatan edən Yelo Bank investisiya etmək istəyən müştəriləri üçün xüsusi imkan təqdim edir. Bankın rəqəmsal Yelo Invest xidməti çərçivəsində "Parlaq İnvestisiya Həftəsi"nə start verilib.
Kampaniya çərçivəsində 5 - 9 oktyabr tarixlərində Yelo Invest üzərindən icra olunan səhm və ETF alışları tamamilə 0% komissiya ilə həyata keçirilir. İnvestisiya dünyasına ilk addımı atmaq və ya mövcud portfelini genişləndirmək istəyənlər üçün bu xidmət üzrə qeydiyyat da ödənişsizdir.
İnvestorlar üçün ən sevindirici məqam isə bu imkanın müvəqqəti olmamasıdır: Sərfəli şərtlərlə investisiya etmək imkanı yaradan KOMİSSİYASIZ alış həftələri bundan sonra HƏR AY mütəmadi olaraq təşkil ediləcək.
Qeyd edək ki, komissiyasız alış şərtləri müştərinin portfelində olmayan yeni səhm və ETF alış əməliyyatlarına şamil edilir. Yelo Invest xidməti Yelo Bank və "Unicapital İnvestisiya Şirkəti" ASC-nin tərəfdaşlığı çərçivəsində təqdim olunur.
İnvestisiya imkanlarından yararlanmaq üçün Yelo App mobil tətbiqinə daxil olmaq kifayətdir: https://ylb.az/invest.
Bank xidmətləri ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Yelo Bank" hər ay komissiyasız investisiya həftəsi keçirəcək!
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
Çempionlar Liqası: "Qalatasaray" minimal, "Real" böyük hesabla qalib gəlib
-
Türkiyədə Özcan Dəniz və daha 34 nəfər narkotik istintaqı çərçivəsində saxlanılıb













