Nazir: "Birillik bitkilər üçün kreditlərin faizlərini dövlət qarşılayacaq"
Far.Az xəbər saytı

Nazir: "Birillik bitkilər üçün kreditlərin faizlərini dövlət qarşılayacaq"


Bu payız birillik bitkilər üçün kreditlərin faizlərini dövlət qarşılayacaq.

"Far.Az"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu rayonda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində təşkil olunmuş tədbirdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində kreditlərin verilməsi, daha doğrusu, Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən veriləcək kreditlərə və özəl banklar tərəfindən veriləcək kreditlərə faiz subsidiyası mexanizmi artıq təsdiqlənib.

O qeyd edib ki, həm Aqrar Kredit və İnkişaf Agentliyi çərçivəsində, həm də Aqrar Sığorta Fondu çərçivəsində bu mexanizmin tətbiqi həyata keçiriləcək: "AKİA çərçivəsində birillik bitkilərə ilk dəfə olaraq bu payız limitli şəkildə veriləcək kreditlərin, yəni birillik və mövsümi kreditlərin faizlərinin dövlət tərəfindən qarşılanması nəzərdə tutulub."

O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda aqrar sektorun inkişafı ilə müxtəlif istiqamətli işlər görülür: "Bağçılıq istiqamətli, su infrastrukturun çəkilməsi istiqamətində işlər görülür. Özəl sektor tərəfindən səsləndirilən quşçuluq layihəsi və eləcə də müasir suvarmanın genişləndirilməsi layihələri icra olunması nəzərdə tutulub".

Oxşar xəbərlər

Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Bakıda "Force of Love" 2026 yay festivalı keçirilib
Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər