Masallıda güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib
Far.Az xəbər saytı

Masallıda güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib


Masallıda yunan-Roma və sərbəst güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib.

Bu barədə "Far.Az"a Azərbaycan Güləş Federasiyasından bildirilib.

Masallı Olimpiya İdman Kompleksində əməkdar məşqçi Nadir Ağayevin xatirəsinə və Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Yaqub Məmmədovun 80 illik yubileyinə həsr olunan yarışda yunan-Roma güləşi üzrə 10, sərbəst güləş üzrə isə 5 çəkidə qaliblər müəyyənləşib.

Turnirin açılış mərasimində Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Pərvin Piriyev, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova, Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zamin Məmmədov, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Məşkur Qasımov, "Şöhrət" ordenli əməkdar məşqçi Yaqub Məmmədov çıxış ediblər.

Tədbirdə belə yarışların təşkilinin güləşin inkişafına böyük təkan verdiyi bildirilib. Həmçinin vurğulanıb ki, Masallı pəhləvanlarının tanınmış simaları Nadir Ağayev və Yaqub Məmmədovun yetirmələri bu gün ölkəni beynəlxalq və yerli turnirlərdə layiqincə təmsil edir, zəngin ənənələri davam etdirirlər.

U-17 yaş qrupu üzrə keçirilən ənənəvi yarışda 26 komandadan 300-ə yaxın idmançı mübarizə aparıb. Yunan-Roma güləşində Məhəmməd Musalı (45 kq), Polad Gülverdiyev (48 kq), Əli Cavadlı (51 kq), Musa Məmmədov (55 kq), İlkin Qurbanov (60 kq), Eldəniz Allahverdiyev (65 kq), Rəfail Əhədli (71 kq), Zəka Yusubov (80 kq), Ruslan Nuriyev (92 kq) və Məhəmməd Orucov (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Sərbəst güləşdə isə Əli Baloğlanov (51 kq), Ruslan Mirzəyev (60 kq), Ruhid İspərov (65 kq), Siyasət Dadaşov (71 kq) və Tural Eynullayev (110 kq) çempion olublar.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər