Litva və Polşa fövqəladə hallarda əhalinin təxliyəsi üçün birgə mexanizm üzərində işləyirlər
Litva və Polşa fövqəladə hallarda əhalinin dövlət sərhədindən təxliyəsi üzrə birgə plan hazırlamağa başlayıblar.
"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşanın daxili işlər və administrasiya naziri Marçin Kervinski litvalı həmkarı Martinas Katelinas ilə birgə mətbuat konfransında bildirib.
"Biz ekstremal hallar üçün alternativ sərhəd keçid məntəqələrinin müəyyən edilməsi, təxliyə olunanların qəbulu mərkəzlərinin təşkili üçün nələrin edilməli olduğunu müzakirə etdik", - o deyib.
M.Kervinskinin sözlərinə görə, mövcud planları, o cümlədən sərhədi keçmə prosedurunun unifikasiyası və ərazi baxımından razılaşdırmaq və yeniləmək lazımdır.
M.Katelinas isə bildirib ki, fövqəladə vəziyyətdə Litva, Latviya və Estoniya sakinləri üçün Avropaya çıxış yolu eyni olacaq. "Bizim bir dəhlizimiz qalacaq - Polşadan keçməklə", - o hesab edir.
Oxşar xəbərlər
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib













