Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir
Far.Az xəbər saytı

Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir


Bu ilin yayında rekord dərəcədə istilər səbəbindən Fransanın iqtisadi itkiləri azı 16 milyard avro təşkil edib.

"Far.Az" xəbər verir ki, bu rəqəmləri Fransa Milli Assambleyasının Maliyyə komitəsinin sədri Erik Kokrel parlament dinləmələrində səsləndirib.

Onun sözlərinə görə, rəsmi qurumlar hələlik istilərin fəsadlarının tam qiymətləndirməsini təqdim etməyiblər. Deputat iqtisadiyyata, büdcəyə, əhalinin və müəssisələrin xərclərinə təsiri nəzərə alaraq, zərərin minimum 16 milyard avro olduğunu hesablayıb.

E.Kokrelin Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (INSEE) məlumatlarına əsasən təqdim etdiyi rəqəmlərə görə, isti hava iqtisadi artımın təxminən 3 milyard avro həcmində itirilməsinə səbəb olub, büdcə kəsirini isə 1,5 milyard avro artırıb.

O, dövlət qurumlarının istilərin fəsadları ilə bağlı xərclərini 2,5 milyard avro dəyərində qiymətləndirib. Ev təsərrüfatlarına təxminən 500 milyon avro ziyan dəyib, kondisioner və ventilyatorların daha intensiv istifadəsi səbəbindən onların əlavə xərcləri, o cümlədən elektrik enerjisi xərcləri isə təxminən 800 milyon avro təşkil edib.

Ən böyük itkilər kənd təsərrüfatının payına düşüb - sahə qurumlarının qiymətləndirmələrinə görə, azı 10 milyard avro.

"Météo-France"ın məlumatına görə, 2026-cı ilin yayı 1900-cü ildə meteoroloji müşahidələrin başlanmasından bəri 2003 və 2022-ci illərin göstəricilərini geridə qoyaraq Fransada ən isti yay olub.

Oxşar xəbərlər

WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər