Dünya Bankı:  Azərbaycan "3I" konsepsiyasına əsaslanan artım modelinə keçməlidir
Far.Az xəbər saytı

Dünya Bankı: Azərbaycan "3I" konsepsiyasına əsaslanan artım modelinə keçməlidir


Azərbaycan neft-qaz sektorundan asılılığı azaltmaq üçün özəl sektorun artımını sürətləndirməyə və iqtisadiyyatın şaxələndirilməsini dərinləşdirməyə yönəlmiş struktur dəyişiklikləri həyata keçirməlidir.

"Report" xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə baş iqtisadçısı Stiv Loris Qi-Dibi Bakıda keçirilən "Fitch on Azerbaijan 2026" tədbirində bildirib.

O qeyd edib ki, iqtisadiyyatın strukturuna və xammal amilinin əhəmiyyətli roluna görə regionda Azərbaycanla müqayisə üçün ən uyğun ölkə Qazaxıstandır. Bununla belə, hazırda Qazaxıstan hələ də əhəmiyyətli dərəcədə təbii resurslardan asılıdır və bu dövlətdəki yüksək iqtisadi artım göstəriciləri artmış inflyasiya səviyyəsi ilə müşayiət olunur.

Azərbaycanda isə Mərkəzi Bankın hədəf dəhlizi daxilində qalan nisbətən aşağı inflyasiya fonunda daha təmkinli iqtisadi inkişaf templəri qeydə alınır. Dünya Bankının nümayəndəsi xüsusi vurğulayıb ki, hazırkı mərhələdə Azərbaycan üçün prioritet vəzifə özəl sektorun möhkəmləndirilməsinə, rəqabət şəraitinin təkmilləşdirilməsinə və birbaşa xarici investisiyaların axınının artırılmasına yönəlmiş islahatlar paketinin həyata keçirilməsidir. İlk növbədə bu, investisiya prosedurlarının sadələşdirilməsi, investorların hüquqlarının müdafiəsinin təmin edilməsi və bazara daxil olmaq üçün maneələrin aradan qaldırılması tədbirlərinə aiddir.

Bundan əlavə, Dünya Bankı Azərbaycanda korporativ səviyyədə məhsuldarlıq məsələlərinin araşdırılmasının ikinci mərhələsinə başlayıb və bu çərçivədə müxtəlif sahələr arasında işçi qüvvəsi və kapitalın yenidən bölüşdürülməsinin çevikliyi təhlil edilir. S.L. Qi-Dibi həmçinin ölkənin orta gəlir tələsinin dəf edilməsinə dair Dünya Bankının məruzəsində qeyd olunan "3I" (Investment, Infusion, Innovation - İnvestisiyalar, Tətbiq, İnnovasiyalar) konsepsiyası üzərində qurulmuş artım modelinə keçməsinin vacibliyini də diqqətə çatdırıb.

Onun qiymətləndirmələrinə görə, Azərbaycan artıq iri infrastruktur yatırımları mərhələsini uğurla başa çatdırıb və indi səylərini "tətbiq" mərhələsində - biliklərin, texnologiyaların transferi və keyfiyyətli birbaşa xarici investisiyanın cəlb edilməsində cəmləşdirməlidir, bu da gələcəkdə innovativ modelə çıxmağa və dayanıqlı uzunmüddətli inkişafı təmin etməyə imkan verəcək.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər