Zakir Nuriyev: "Süni intellekt bankçılıqda dələduzluğun aşkarlanmasında geniş imkanlar yaradır"
Süni intellekt risklərinin qiymətləndirilməsi, dələduzluğun aşkarlanmasında və müştəri xidmətlərinin təkmilləşdirilməsində geniş tətbiq imkanlarına malikdir.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin sədri Zakir Nuriyev X Beynəlxalq Bank Forumunda deyib.
Onun sözlərinə görə, bu imkanların reallaşdırılması keyfiyyətli məlumat, peşəkar kadrlar və düzgün idarəetmə tələb edir: "Xüsusilə müştərinin maliyyə vəziyyətinə təsir edən qərarlar, modellərin nəticələri izah edilə bilməli və insan nəzarəti qorunmalıdır. Rəqəmsallaşma ilə yanaşı kibertəhlükəsizlik və dələduzluqla mübarizə də birgə fəaliyyətlə gücləndirilir".
O qeyd edib ki, təhdidlər barədə operativ məlumatların mübadiləsi, şübhəli əməliyyatların vaxtında reaksiya və xidmətlərin fasiləsizliyi ümumi sektor dayanıqlılığımızın əsas şərtlərindəndir: "Vətəndaşların maliyyə və rəqəmsal savadlılığının artırılması da bu fəaliyyətimizin ayrılmaz hissəsidir".
Z. Nuriyev bildirib ki, şəffaf kommunikasiya, istehlakçı hüquqlarının qorunması və məsuliyyətli kreditləşmə sektorun uzunmüddətli inkişafını dəstəkləyir. "Biz bunu aydın şəkildə başa düşür və bu istiqamətdə zəruri tədbirlər həyata keçiririk. Forumda alternativ maliyyələşmə alətləri və dayanıqlı maliyyə üzrə müzakirələrdən də praktik nəticələr gözləyirik. Aktiv əsaslı və layihə maliyyələşdirilməsi, aqrar maliyyə alətləri və İslam maliyyəsi fərqli biznes ehtiyaclarına cavab verə bilir. Enerji səmərəliliyi və yaşıl layihələrin maliyyələşdirilməsi isə müəssisələrimizin rəqabət qabiliyyətinin artırılması və uzunmüddətli risklərin azaldılmasına xidmət edəcək".
Oxşar xəbərlər
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Zakir Nuriyev: "Məqsədimiz maliyyə ekosisteminin daha səmərəli inkişafına töhfə verməkdir"
Bakını ağuşuna alan DUMANLI KADRLAR
Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













