Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
Far.Az xəbər saytı

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib


Oqtay İsmət oğlu Gözəlov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru təyin edilib.

Bu barədə Far.Az-ə TƏBİB-dən məlumat verilib.

Qeyd edək ki, O.Gözəlov fəaliyyətinə həkim-psixiatr kimi başlayıb, daha sonra hərbi həkim kimi xidmət edib. Beynəlxalq Qızıl Xaç Komitəsi, "Sərhədsiz Həkimlər" və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində, həmçinin KfW İnkişaf Bankının maliyyələşdirdiyi layihələrdə ekspert və rəhbər vəzifələrdə çalışıb.

2008-ci ildən Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) müxtəlif rəhbər və ekspert vəzifələrində fəaliyyət göstərib. ÜST-nin İsveçrənin Cenevrə şəhərindəki Baş Qərargahında, Avropa, Yaxın Şərq və Qərbi Sakit Okean regionlarında, o cümlədən Danimarka və Özbəkistanda çalışıb. Son illərdə ÜST-nin Ukrayna Ölkə Ofisində komanda rəhbəri vəzifəsində fəaliyyət göstərib.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər