ISIS: Peyk görüntüləri İrandakı "nüvə obyektində" yeni aktivlikdən xəbər verir
İranın paytaxtı Tehranın şimal-şərqində yerləşən və İsrail Müdafiə Ordusunun (IDF) daha əvvəl nüvə silahlarının hazırlanması ilə əlaqələndirdiyi Minzadayi kompleksində yenidən əhəmiyyətli aktivlik müşahidə olunur.
"Report"un məlumatına görə, bu barədə ABŞ-ın Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun (ISIS) hesabatında bildirilir.
VANTOR Technologies şirkətinin sentyabr və oktyabrın əvvəlində çəkdiyi peyk görüntülərində obyektin ərazisində avtomobil və yük maşınlarının intensiv hərəkəti müşahidə olunur. Ərazidə torpaq işləri də davam edir. Həmçinin martın 3-də İsrailin endirdiyi zərbədən sonra yamacdakı dağıntılar təmizlənib və zədələnmiş hissələr bərpa olunub.
ISIS-in qiymətləndirməsinə görə, obyekt ərazisindəki aktivlik İranın zərbə nəticəsində itirdiyi nüvə silahlarının hazırlanması potensialını bərpa etməyə çalışdığını göstərə bilər. İnstitutun məlumatına görə, əvvəllər bu obyektdə nüvə döyüş başlıqları ilə əlaqəli tədqiqat və işləmələrin aparıldığı ehtimal edilir.
İsrail hərbçiləri daha əvvəl bildiriblər ki, kompleksdə bir qrup alim nüvə silahının əsas komponentlərindən biri üzərində məxfi işlər aparıb. Obyektin bir hissəsi yerin altında yerləşib və 2026-cı il martın 3-də zərbəyə məruz qalıb.
ISIS qeyd edir ki, hazırda obyektdə müşahidə olunan aktivlik onun bərpa olunduğuna və işlərin yenidən başladığına işarə edə bilər. Bununla belə, peyk görüntüləri hazırda ərazidə konkret olaraq hansı işlərin aparıldığını müəyyən etməyə imkan vermir.
Oxşar xəbərlər
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Hava Hücumundan Müdafiə bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verilib
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Dərnəgüldə yanan obyektin malları daşınır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq
-
İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi













