Tailand xarici turistlər üçün rüsum tətbiq etməyi planlaşdırır
Tailand hökuməti 2027-ci ilin birinci rübündən ölkəyə gələn xarici vətəndaşlardan 450 bat (təxminən 23 manat) məbləğində turist rüsumu tutmağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "Bangkok Post" qəzeti məlumat yayıb.
Məlumata görə, ilkin mərhələdə yeni qayda ölkəyə hava yolu ilə gələn xarici turistlərə şamil olunacaq. Rüsumun dövlət büdcəsinə ildə təxminən 8 milyard bat (239 milyon ABŞ dolları) gəlir gətirəcəyi gözlənilir.
Vəsaitin bir hissəsinin turistlərin tibbi sığortasının maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur. Bunun nəticəsində dövlətin bu məqsədlə hər il ayırdığı təxminən 7 milyard bat (209 milyon ABŞ dolları) vəsaitə qənaət ediləcəyi bildirilir.
Rüsumdan əldə olunan vəsaitin qalan hissəsi turizm infrastrukturunun inkişafı və modernləşdirilməsi üçün yaradılacaq xüsusi fonda köçürüləcək. Tailandın turizm və idman naziri Surasak Phantyarınvorakun bildirib ki, turistlərlə bağlı xərclərin müəyyən hissəsinin onların özləri tərəfindən qarşılanması praktikası dünyanın 80-dən çox ölkəsində tətbiq olunur.
Sentyabrın 28-də başa çatan ictimai dinləmələrin nəticələrinə əsasən, sorğuda iştirak edən 6 minə yaxın respondentdən 80 faizdən çoxunun turist rüsumunun tətbiqini dəstəklədiyini deyib. Belə ki, respondentlərin 78,3 faizi rüsumun 450 bat məbləğində müəyyənləşdirilməsini dəstəkləyib.
Qeyd edək ki, Tailand hökumətinin bu təşəbbüsü özəl sektor nümayəndələrinin rüsumun tətbiqinin təxirə salınması ilə bağlı çağırışlarına baxmayaraq həyata keçirməyi planlaşdırdığı bildirilir.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Turistlərin sevimli şəhərinə çevrilmiş paytaxt Bakı
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq
-
İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi
-
İrançılıq düşüncəsinin paradoksları













