Bakının bu ərazilərində elektrik enerjisi olmayacaq
Bu gün Yasamal və Biləcərinin bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
"Azərişıq"dan Far.Az-ə verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 7-də Yasamal rayonunda Transformator Məntəqəsində (TM) təmir, Biləcəri qəsəbəsində isə 6 kV-luq "Biləcəri-1" və "Biləcəri-2" hava xətlərində yenidənqurma işləri aparılacaq.
Məlumata görə, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, İsmayıl bəy Qutqaşınlı, Mirəli Seyidov küçələri, Parlament prospektinin bur hissəsində və Qanlı gölün ətraf ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan Biləcəri qəsəbəsi Xudadat bəy Məlik-Aslanov küçəsi və yeni yaşayış massivində saat 10:00-dan 16:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Oxşar xəbərlər
Bu gün Bakı, Ağdərə, Goranboy, Göyçay və Yevlaxın bəzi ərazilərində işıq olmayacaq
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Sabah Bakıda və bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Sabah bir çox ərazidə işıq olmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib













