"Arsenal" Mikel Arteta ilə uzunmüddətli müqavilə imzaladığını açıqlayıb
Far.Az xəbər saytı

"Arsenal" Mikel Arteta ilə uzunmüddətli müqavilə imzaladığını açıqlayıb


İngiltərənin "Arsenal" futbol klubu baş məşqçisi Mikel Arteta ilə uzunmüddətli müqavilə bağlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Yeni razılaşmaya əsasən, 2019-cu ilin dekabrından komandaya rəhbərlik edən ispaniyalı mütəxəssisin müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədər nəzərdə tutulub.

Klub yeni müqaviləni baş məşqçiyə 140 illik tarixi antikvar taxta qutuda təqdim edib. Qutunun tarixi London təmsilçisinin 1886-cı ildə təsis olunma dövrünə təsadüf edir. Qutunun tarixi 1886-cı il oktyabrın 4-də "Dayal Skver" kriket klubunun "Prins of Uels" ictimai evində keçirilən tədbirindən başlayır.

Klubun ilk kapitanı Devid Danskinin də iştirak etdiyi mərasimdə kriket klubunun fəaliyyətini genişləndirmək və futbol bölməsi yaratmaq barədə razılıq əldə olunub. Nəticədə "Arsenal" futbol klubu təsis edilib və Elayca Uotkins qurumun katibi seçilib. Mövsümdəki xidmətlərinə görə E.Uotkinsə yazı masası kimi açılan həmin antikvar qutu hədiyyə olunub.

O, 1886-cı il dekabrın 11-də "İstern Uonderers" komandasına qarşı keçirilən və London klubunun 6:0 hesablı qələbəsi ilə başa çatan ilk oyunu təşkil edib.

Qeyd edək ki, M.Artetanın rəhbərliyi altında "Arsenal"ı Premyer Liqada son 22 ildə ilk çempionluğunu qazanıb. Mütəxəssis indiyədək London təmsilçisinin "sükanı arxasında" keçirdiyi 361 rəsmi oyunda 62,05 faiz qələbə göstəricisi ilə klub tarixinin ən yaxşı nəticəsinə imza atıb.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər