Suriya İraq neftinin daşınması üçün Hörmüz boğazına alternativ təklif edir
Suriya İraq neftini yük maşınları ilə Aralıq dənizindəki Baniyas limanına çatdıraraq, Hörmüz boğazından yan keçməklə, tədarük marşrutunu təmin etməyə hazırdır.
"Report" "Al Arabiya"ya istinadən xəbər verir ki, bunu "Syrian Petroleum Co." dövlət şirkətinin baş direktoru Yusif Qablavi bildirib.
Onun sözlərinə görə, İraq hökuməti artıq mövcud olan mazut axınlarına əlavə olaraq neft tədarükündə köməklik göstərmək xahişi ilə Suriyaya müraciət edib.
"Mən İraq neftinin Suriyadan yük maşınları ilə tədarükünün ən qısa zamanda başlayacağını gözləyirəm, çünki hökumətlərarası razılaşma demək olar ki, əldə olunub", - Qablavi deyib.
O qeyd edib ki, neft daşıyan ilk yük maşınları karvanı artıq oktyabrın ortalarında Suriyaya çata bilər.
İraq mazutun bir hissəsinin Suriyanın Baniyas limanına daşınması üçün avtonəqliyyatdan istifadə edir və oradan yanacaq tankerlərə yüklənir.
Qablavi hər gün təxminən min yük maşınının mazut daşıdığını (hər maşın təxminən 220 barel tutur) bildirib. O, hasilat həcminin əhəmiyyətli dərəcədə yüksək olduğunu nəzərə alaraq, xam neftin nəqli üçün avtosisternlərin sayının ən azı eyni olacağını və ya gündə 1 mini keçəcəyini gözləyir. Bununla əlaqədar olaraq "Syrian Petroleum Co." İraq neftinin saxlanması üçün Baniyasda əlavə rezervuarlar quraşdırmağı planlaşdırır.
Bununla yanaşı, Suriya vasitəsilə yük maşınları ilə daşınan neftin həcmi İraqın ümumi ixracının nisbətən kiçik bir hissəsini təşkil edəcək. İraq hökumətinin məlumatına görə, ölkə ötən ay sutkada orta hesabla təxminən 2,7 milyon barel neft ixrac edib. Buna ölkənin şimalından Türkiyənin Ceyhan limanına həyata keçirilən tədarüklər də daxildir.
Oxşar xəbərlər
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrançılıq düşüncəsinin paradoksları
-
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
-
Tramp: Ukraynadakı müharibə sona yaxınlaşır
-
Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
-
QMİ sədri: Süni intellekt insanı ibadətdə əvəz etməməlidir
-
Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin bahalaşdı













