Azərbaycan və Gürcüstan arasında investisiya əməkdaşlığı müzakirə olunub
Far.Az xəbər saytı

Azərbaycan və Gürcüstan arasında investisiya əməkdaşlığı müzakirə olunub


Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstanın İnvestisiya Agentliyinin baş direktoru Mixeil Xidureli ilə görüşüb.

"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, oktyabrın 8-də keçirilən görüşdə Azərbaycan və Gürcüstan arasında iqtisadi və investisiya əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycanın uzun illər ərzində Gürcüstan iqtisadiyyatına ən iri sərmayə yatıran ölkələrdən biri olduğu vurğulanıb. Tərəflər Gürcüstanın investisiya mühiti, mövcud imkanlar və qarşılıqlı investisiyaların artırılması perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, yeni investisiya layihələrinin təşviqi və həyata keçirilməsi, həmçinin biznes dairələri arasında əlaqələrin gücləndirilməsi istiqamətində mövcud imkanlar nəzərdən keçirilib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər