Elvin Məmmədov: "Ruy Jorjenin U-20 millisində öz fəlsəfəsini həyata keçirməsinə zaman lazımdır"
Ruy Jorjenin 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində öz fəlsəfəsini həyata keçirməsi üçün zaman lazımdır.
Bunu "Report"a açıqlamasında "Neftçi"nin U-17 komandasının baş məşqçisi Elvin Məmmədov deyib.
Azərbaycan millisinin sabiq futbolçusu U-20-nin yoldaşlıq görüşlərində yaxşı təsir bağışladığını bildirib:
"Yığmanın Moldova ilə keçirdiyi yoxlama matçını tam izlədim. Yaponiya ilə qarşılaşmanın isə ikinci hissəsini və penaltilər seriyasını izləyə bildim. Düşüncəm odur ki, portuqaliyalı baş məşqçi Ruy Jorjenin öz futbol fəlsəfəsini həyata keçirməsi üçün zaman lazımdır. Beynəlxalq yoldaşlıq görüşləri tez-tez keçirilməlidir. Çünki bu futbolçuların beynəlxalq təcrübəyə ehtiyacı var. Onların əksəriyyəti Azərbaycanın əvəzedicilərdən ibarət çempionatında çıxış edirlər. Onların hər biri bizim gələcəyimizdirlər".
O, mundialın azərbaycanlı və digər futbolçular üçün böyük şans olacağını vurğulayıb:
"Təbii ki, dünya çempionatı kimi böyük, perspektivli yarışa hazırlaşmaq məsuliyyət tələb edir. Mundialda ev sahibi komanda kimi iştirak edəcəyik. Bu, futbolçularımız üçün yaxşı imkan deməkdir. Çünki turnirdə iştirak edəcək futbolçuları skautlar izləyəcəklər".
Qeyd edək ki, Azərbaycanın U-20 yığması Qəbələdəki ilk yoxlama görüşündə Moldovaya 0:1 hesabı ilə uduzub, ikinci matçda isə Yaponiya ilə əsas vaxtı qolsuz başa çatan görüşün penaltilər seriyasında 5:4 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bu günün valyuta məzənnələri
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Nazir: Əmlakın qiymətləndirilməsi üçün süni intellekt əsasında fəaliyyət göstərən yeni bir alət istifadəyə verilib
-
İranda polis idarəsinə silahlı hücum olub, ölən və yaralananlar var













