Timur Gültekin: İtkinlərlə bağlı ağrı-acıları hələ də yaşayan ailələri görmək çox kədərlidir
Far.Az xəbər saytı

Timur Gültekin: İtkinlərlə bağlı ağrı-acıları hələ də yaşayan ailələri görmək çox kədərlidir


İtkin düşmüş şəxslərlə bağlı ağrı-acıları hələ də yaşayan ailələri görmək çox kədərlidir.

Bunu "Far.Az"un Xocalıya ezam olunan əməkdaşına açıqlamasında "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçısı, Ankara Universitetinin müəllimi Timur Gültekin deyib.

O, itkinlərlə bağlı fəaliyyətin intensivləşdirilməsi üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb:

"Əslində, biz buraya gələndə 1992-ci ildən bu günə qədər baş verənlərə nəzər salırıq. Aradan keçən uzun müddətdən sonra itkin düşmüş şəxslərlə bağlı ağrı-acıları hələ də yaşayan ailələri görmək çox kədərlidir. Həmin şəxslərlə bağlı məlumatların əldə edilməsi və ailələrinə təqdim olunması çox vacibdir. Bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə ehtiyac var".

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Xocalıya və Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanları yola salınıb
Xocalıya daha 69 nəfər köçürülüb, mənzillərin açarları təqdim edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər