Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Oktyabrın 6-dan 11-dək İordaniyanın paytaxtı Ammanda güləş üzrə veteranlar arasında dünya çempionatı keçirilib.
Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, mundialda 3 güləşçimiz fəxri kürsüyə qalxıb. Yunan-Roma güləşində Fikrət Bağırov (70 kq) və Elgiz Məmmədov (100 kq), sərbəst güləşdə isə Elçin Həsənov (70 kq) gümüş medal qazanıb.
Dünya çempionatında Azərbaycanı 4 hakim təmsil edib. I dərəcəli beynəlxalq hakim Elman İsmayılov əsasən xalça rəhbəri kimi görüşlərin idarəçiliyində əsas söz sahibi olub. Milli dərəcəli referilər Əfqan Həbibov, Çinarə Cəfərova və Rəşad Abdulov isə daha çox xalçada orta hakim funksiyasını yerinə yetiriblər. Onlar, həmçinin beynəlxalq kateqoriya almaq üçün keçirilən imtahanlarda iştirak ediblər. İmtahanın nəticələri 2026-cı ilin sonunadək açıqlanacaq.
Qalereya
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib
Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub
Azərbaycanın pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetiriblər
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı
-
Biləcəri-Yalama dəmir yolunu elektrikləşdirmək 450 milyon dollara başa gələcək
-
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu
-
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq













