Gürcüstan ABŞ-nin dəstəyi ilə Rusiya sərhədində yeni keçid məntəqəsi açıb
Far.Az xəbər saytı

Gürcüstan ABŞ-nin dəstəyi ilə Rusiya sərhədində yeni keçid məntəqəsi açıb


Gürcüstanın Daxili İşlər Nazirliyi Rusiya ilə sərhəddə, Raça bölgəsində ABŞ-nin dəstəyi ilə inşa edilmiş "Mamisоni" adlı yeni sərhəd-keçid məntəqəsini istifadəyə verib.

"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, dəniz səviyyəsindən 1 800 metr yüksəklikdə yerləşən məntəqə ABŞ Avropa Komandanlığının, ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin və Regional Təhlükəsizlik Ofisinin dəstəyi ilə tikilib.

Bildirilib ki, bina müasir avadanlıqlarla təchiz olunub, infrastruktur isə bölgənin mürəkkəb iqlim şəraiti nəzərə alınmaqla qurulub.

Açılış mərasimində Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili və ABŞ-nin Gürcüstandakı müvəqqəti işlər vəkili Kortni Ostrian iştirak ediblər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər