Peskov: Rusiya və Ukrayna enerji sahəsində atəşkəsin əldə olunması üzrə təmasları davam etdirir
Rusiya və Ukrayna arasında enerji sahəsində atəşkəsə dair razılığın əldə olunması üzrə təmaslar davam edir.
"Far.Az" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın iddialarını şərh edərkən jurnalistlərə bildirib.
"Biz dünən sizinlə bu mövzunu müzakirə etdik. Hələ ki mənim dünənki söhbətə əlavə edəcəyim heç nə yoxdur, bu məsələ ilə bağlı təmaslar davam edir", - o deyib.
O həmçinin bu bəyanatla bağlı sualları Trampa ünvanlamağı tövsiyə edib.
D.Peskov bir gün əvvəl bildirib ki, əlaqələr davam edir: "Bu mövzu barədə deməyə sözümüz olduqda mütləq sizə məlumat verəcəyik".
Rusiya Prezidentinin mətbuat katibi əlaqələrin konkret olaraq kiminlə – ABŞ, Ukrayna, yoxsa hər iki ölkə ilə davam etdiyi barədə suala cavab verməyib.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq
-
Ucarda sərnişin avtobusu yandı
-
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə rəhbər təyin edilib
-
Venesuela aclığa son qoymaq üçün plan hazırlayıb
-
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
-
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb













