Japarov Azərbaycanın AQEM-in inkişafına töhfəsini yüksək qiymətləndirib
Far.Az xəbər saytı

Japarov Azərbaycanın AQEM-in inkişafına töhfəsini yüksək qiymətləndirib


Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın AQEM çərçivəsində dövlətlər arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.

"Report" xəbər verir ki, bunu o, Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində bildirib.

"Azərbaycan tərəfinin Müşavirə çərçivəsində qarşılıqlı əlaqələrin gücləndirilməsinə və fəaliyyətin inkişafına verdiyi mühüm töhfəni böyük məmnuniyyətlə qeyd edirəm", – Japarov deyib.

S.Japarov görüşün təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

O, həmçinin Laosun AQEM-ə qoşulmasını alqışlayıb və Qırğızıstanın fəal əməkdaşlığa hazır olduğunu ifadə edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
Bakıda AQEM-in Media Forumu keçirilib
Bakıda AQEM Media Forumunun açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər