Azərbaycanda voleybol məşqçiləri üçün seminarlar təşkil olunacaq
zərbaycanda voleybol məşqçiləri (uşaq voleybolu və professional voleybol) üçün seminarlar təşkil olunacaq.
"Report" xəbər verir ki, seminarlar Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun və Beynəlxalq Voleybol Federasiyasının dəstəyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Milli İdman Sistemlərinin İnkişafı (DNSS) proqrmanı çərçivəsində baş tutacaq.
Seminarları FIVB-nin təlimatçı-eksperti Athanasios Papageorgiou və məşqçi-instruktoru, AVF-nin Təhsil şurasının rəhbəri Cengiz Akarçeşme keçəcəklər. Ümumilikdə dörd seminar təşkil olunacaq ki, bunlardan üçü Bakıda, biri isə Gəncədə baş tutacaq.
Proqram
29.08.2024
Aşağı yaş qrupları üzrə məşqçilər (Gəncə)
31.08.2024
Aşağı yaş qrupları üzrə məşqçilər (Bakı)
01.09.2024
Yüksək liqa komandalarının məşqçiləri (Bakı)
02.09.2024
Çimərlik voleybolu məşqçiləri (Bakı)
Qeyd edək ki, seminarlarda aşağı yaş qrupu üzrə məşqçi-müəllimlər, çimərlik voleybol üzrə məşqçilər və Yüksək liqa komandalarında çalışan məşqçilər iştirak edə biləcəklər.
Far.AzOxşar xəbərlər
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
AFFA Naxçıvanda hakimlər üçün seminar keçirir
Məktəblərdə 17 gün tətil olacaq: Bəs arada "itən" dərsləri necə keçəcəklər?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib













