ABŞ-də məktəbdə atışma baş verib, dörd nəfər həlak olub - yenilənib
Far.Az xəbər saytı

ABŞ-də məktəbdə atışma baş verib, dörd nəfər həlak olub - yenilənib


ABŞ-nin Bend şəhərində (Oreqon ştatı) ibtidai məktəbdə baş verən atışma nəticəsində üçü uşaq, dörd nəfər həlak olub. Hücum edən şəxs də ölüb.

"Report" "Fox News"a istinadən xəbər verir ki, dörd nəfərin ölümü ilə bağlı məlumatı telekanalın federal hüquq-mühafizə orqanlarındakı mənbələri təsdiqləyib.

Atışma ibtidai məktəbdə baş verib. Polisin məlumatına görə, əvvəlcə təhsil müəssisəsinin yaxınlığında avtomobilə atəş açılması barədə məlumat daxil olub, bundan sonra naməlum şəxs binaya daxil olaraq atəş açıb.

Hadisə yerinə gələn polislər hücum edən şəxsi ölü vəziyyətdə tapıblar. Hüquq-mühafizə orqanları onu məhz kimin güllələdiyini araşdırır. Hücum edən şəxsə yaxınlıqdakı insanlardan birinin atəş açması istisna edilmir.

Bundan başqa, iki nəfər xəstəxanaya çatdırılıb. Onların vəziyyəti barədə məlumat hələlik açıqlanmayıb.

Hadisənin araşdırılmasına ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) qoşulub.

Amerikanın Bend şəhərində (Oreqon ştatı) naməlum şəxs məktəbdə atəş açıb, nəticədə bir neçə nəfər, o cümlədən yetkinlik yaşına çatmayanlar xəsarət alıb.

"Report" "OPB" telekanalına istinadən xəbər verir ki, bu barədə yerli polisin nümayəndəsi bildirib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, atəş açan şəxs ölüb.

CNN-in dəqiqləşdirdiyi məlumata görə, iki nəfər xəstəxanaya yerləşdirilib.

Oxşar xəbərlər

İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər