İlham Əliyevin AQEM-in Zirvə Görüşündəki çıxışı beynəlxalq münasibətlərdə qarşılıqlı hörməti ön plana çıxarır - rəy
Prezident İlham Əliyevin AQEM-in Zirvə Görüşündəki çıxışının məzmunu Azərbaycanın beynəlxalq münasibətlərdə qarşılıqlı hörmətə, əməkdaşlığa və etimadın möhkəmləndirilməsinə əsaslanan yanaşmasını ön plana çıxarır.
Bunu "Far.Az"a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar Prezident İlham Əliyevin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Zirvə Görüşündəki çıxışını şərh edərkən deyib.
O bildirib ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq siyasi proseslərdə fəal rolunun və ölkəyə göstərilən yüksək etimadın mühüm təzahürüdür:
"Bu tədbirin əhəmiyyətindən danışarkən ilk növbədə onun keçirildiyi beynəlxalq şəraiti nəzərə almaq lazımdır. Bu gün dünyada geosiyasi rəqabətin gücləndiyi, ayrı-ayrı regionlarda qarşıdurmaların dərinləşdiyi və beynəlxalq təhlükəsizlik mexanizmlərinin ciddi sınaqlarla üzləşdiyi bir dövrdə dövlətlər arasında dialoqun qorunub saxlanılması xüsusi əhəmiyyət daşıyır. Məhz belə bir şəraitdə Asiyanın böyük hissəsini əhatə edən, fərqli siyasi və iqtisadi maraqlara malik dövlətləri birləşdirən platformanın ali səviyyəli toplantısına Azərbaycanın ev sahibliyi etməsi təsadüfi deyil. Prezident İlham Əliyevin Zirvə Görüşündəki çıxışının ümumi məzmunu da Azərbaycanın beynəlxalq münasibətlərdə qarşılıqlı hörmətə, əməkdaşlığa və etimadın möhkəmləndirilməsinə əsaslanan yanaşmasını ön plana çıxarır".
Ülviyyə Zülfiqar deyib ki, Azərbaycanın AQEM-ə sədrliyi dövründə həyata keçirilən fəaliyyətə nəzər saldıqda ölkənin təşkilatın inkişafına sistemli və uzunmüddətli baxış nümayiş etdirdiyi görünür:
Siyasi şərhçinin sözlərinə görə, Zirvə Görüşünün diqqətəlayiq istiqamətlərindən biri də regional iqtisadi inteqrasiya, nəqliyyat-kommunikasiya əlaqələri və enerji təhlükəsizliyi məsələlərinin gündəlikdə mühüm yer tutmasıdır:
"Azərbaycan artıq uzun illərdir ki, Avropa ilə Asiya arasında etibarlı nəqliyyat və enerji bağlantılarının yaradılmasına mühüm töhfələr verir. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən ümumi istiqamətlərdən biri kimi Azərbaycanın strateji coğrafi mövqeyindən səmərəli istifadə etməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və regional əməkdaşlıq imkanlarının genişləndirilməsi xüsusi qeyd olunmalıdır. Orta Dəhlizin əhəmiyyətinin artdığı, qlobal təchizat zəncirlərinin yenidən formalaşdığı bir dövrdə ölkəmizin tranzit və logistika imkanları Asiya dövlətləri üçün də yeni perspektivlər açır".
O qeyd edib ki, AQEM çərçivəsində bir araya gələn dövlətlərin bir sıra regional və beynəlxalq məsələlərə münasibəti heç də həmişə üst-üstə düşmür:
"Buna baxmayaraq, təşkilat daxilində qarşılıqlı anlaşmanın gücləndirilməsi və ortaq gündəliyin irəli aparılması Azərbaycanın çevik, praqmatik və nəticəyönümlü diplomatiyasının göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müxtəlif beynəlxalq təşkilatlarda qazandığı təcrübə, müstəqil siyasi xətti və tərəfdaşlarla qarşılıqlı etimada əsaslanan münasibətləri bu uğurların əldə edilməsində mühüm rol oynayır".
Oxşar xəbərlər
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
AQEM-in 7-ci Zirvə Görüşü keçirilir, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər
-
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
-
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
-
Xaçmazda qəhvəyi məxmər bağacıqları yenidən yayılıb, zəruri tədbirlər görülür
-
FHN Qubada texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib
-
Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib













