Qəbir daşlarında texnoloji yenilik - İslam nə deyir?
Far.Az xəbər saytı

Qəbir daşlarında texnoloji yenilik - İslam nə deyir?


Son dövrlər texnologiyanın inkişafı ilə əlaqədar məzar daşlarına QR-kodların yerləşdirilməsi hallarına da rast gəlinir. Bu kodlar vasitəsilə mərhumun həyatı, xatirələri və bioqrafiyası haqqında məlumat əldə etmək mümkün olur. Lakin bu yenilik dini baxımdan müzakirələrə səbəb olur.

Bəs məzar daşlarına QR-kod yerləşdirilməsi islam dininə görə nə dərəcədə doğrudur?

Far.Az xəbər verir ki, Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən dinşünas Yaşar Qurbanov bildirib ki, islam dinində məzar daşlarının üzərinə QR-kod yerləşdirilməsi ilə bağlı hər hansı dini əsas yoxdur.

Qəbir daşlarında texnoloji yenilik - İslam nə deyir?

Onun sözlərinə görə, bu, son dövrlərdə bəzi insanlar tərəfindən tətbiq edilməyə başlanan yenilikdir:

"QR-kod vasitəsilə mərhumun həyatı, keçmişi və digər məlumatları haqqında məlumat əldə etmək mümkün olsa da, belə bir üsulun dinimizdə xüsusi yeri yoxdur. Peyğəmbərimiz Məhəmmədin dövründə məzarların üzərinə bu cür işarələrin və ya QR-kodların yerləşdirilməsi kimi bir tətbiq olmayıb. Buna görə də bu cür yenilikləri dini ənənə kimi təqdim etmək düzgün deyil. İnsan öz yaxınını tanıyır, onun qəbrinin harada olduğunu bilir və ehtiyac olduqda məzarını ziyarət edə bilər. Mərhumu yad etmək üçün mütləq şəkildə məzar daşına əlavə işarələr və ya texnoloji vasitələr yerləşdirməyə ehtiyac yoxdur.

Əsas məsələ mərhumun xatirəsini yaşatmaq, onun üçün dua etmək və dini dəyərlərə uyğun davranmaqdır. İnsanlar belə məsələlərdə diqqətli olmalı, dinin mahiyyətinə uyğun olmayan tətbiqləri dini zərurət kimi qəbul etməməlidirlər. Bu cür yeniliklərə həddindən artıq əhəmiyyət verməkdənsə, mərhumun ruhuna dua etməyə və mənəvi dəyərləri qorumağa üstünlük vermək daha məqsədəuyğundur".

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər