Şavkat Mirziyoyev: "SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Far.Az xəbər saytı

Şavkat Mirziyoyev: "SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Britaniyanın "British Petroleum" (BP) şirkəti Özbəkistanın Üstyurt bölgəsində altı blokda geoloji-kəşfiyyat işləri həyata keçirir.

Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev investorlarla açıq dialoq zamanı bildirib.

"Xarici tərəfdaşlara təqdim etmək məqsədilə digər regionlarda əlavə 128 blok hazırlanıb", - o qeyd edib.

Ş.Mirziyoyevin sözlərinə görə, ilkin hesablamalar bu blokların resurs potensialının 5,8 trilyon kubmetr qaz və 560 milyon ton maye karbohidrogendən ibarət olduğunu göstərir.

"Özbəkistan yalnız daxili enerji bazarı ilə kifayətlənmir. Azərbaycan və Qazaxıstanla birlikdə Xəzər dənizi üzərindən Avropaya "yaşıl enerji"nin tədarükü layihəsi artıq praktiki icra mərhələsinə daxil olub. Perspektivli istiqamətlər sırasında Əfqanıstan və Cənubi Asiya bazarları da müəyyənləşdirilib", - Ş.Mirziyoyev vurğulayıb.

Qeyd edək ki, 2025-ci il iyulun 24-də Özbəkistanın Energetika Nazirliyi, SOCAR və "Özbəkneftqaz" arasında Üstyurt neft-qaz bölgəsinin investisiya bloklarında (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) geoloji-kəşfiyyat işlərinin həyata keçirilməsini, eləcə də sonrakı karbohidrogen hasilatını əhatə edən Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb.

BP şirkəti mövcud tərəfdaşların - SOCAR və "Özbəkneftqaz"ın hər birinin əvvəlcə 50 % təşkil edən paylarından 20 % alaraq, ümumilikdə 40 %-lik payla bu sazişə qoşulub.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
SOCAR-ın prezidenti "Özbəkistanın nefti və qazı" 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər