Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
Far.Az xəbər saytı

Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq


Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk Romada Ermənistan parlamentinin sədri Ruben Rubinyanla görüşüb.

"Report" xəbər verir ki, bu barədə R.Stefançuk "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Danışıqlar zamanı tərəflər Ukrayna-Ermənistan münasibətlərini, Ukraynadakı vəziyyəti və gələcək parlamentlərarası əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Onun sözlərinə görə, Ermənistan tərəfi Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatacağına ümid etdiyini bildirib və dövlətlərin suverenliyinin və müstəqilliyinin qorunmasının vacibliyini vurğulayıb.

"Əminəm ki, əməkdaşlığın gələcək inkişafı üçün bütün imkanlarımız var. İkitərəfli və çoxtərəfli səviyyələrdə parlamentlərarası dialoqun dərinləşdirilməsini müzakirə etdik. Ukrayna Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıdır", - R.Stefançuk qeyd edib.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər